Sumqayıt Tibb Mərkəzinin (STM) tibb bacıları konqresdə iştirak ediblər. Bu haqda 15 may tarixində Sumqayıt24 xəbər verir.
Cərrahiyyə Tibb Bacılarının I Konqresi Bakıda keçirilib. 4 gün davam edən tədbirə STM-in baş tibb bacısı Qızılgül Bünyatovanın rəhbərliyi ilə mərkəzin 32 tibb bacısı qatılıb. Tibb bacıları sertifikatla mükafatlandırılıblar.