Sumqayıtda fəaliyyət göstərən şirkət "Tesla Group" MMC-ni məhkəməyə verib. Sumqayıt24 bu haqda 22 fevral tarixində Fed.az-a istinadən xəbər verir.
“STP Global Cable” MMC iddianı alqı-satqı məsələsindən qaynaqlanan mübahisələr üzrə qaldırıb. İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Zaur Pirverdiyev tərəfindən araşdırılacaq.