Sumqayıtda zəncirvari qəza baş verib. Sumqayıt24 bu haqda 15 may tarixində xəbər verir.
Hadisə Sülh prospektində qeydə alınıb. “AS Oil” yanacaqdoldurma məntəqəsində “Toyota Prius”, “BMW”, “Mercedes-Benz” və “Toyota RAV4” markalı avtomobillər toqquşub. Həmçinin “Prius”un kapotuna dəmir dirək girib.