Sumqayıtda zəncirvari qəza olub. Sumqayıt24 bu haqda 4 sentyabr tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə 3 sentyabr axşam saatlarında baş verib. Məlumata əsasən, Sülh prospektində 5 avtomobil toqquşub. Əraziyə polis əməkdaşları cəlb olunublar.
Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması açıqlanmayıb.