Sumqayıt şəhərində zəncirvarı qəza qeydə alınıb. Bu haqda 24 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Yol-nəqlliyyat hadisəsi saat 11:15 radələrində Sülh küçəsində, şəhərin giriş hissəsində baş verib. Qəza zamanı “Mercedes C Class”, “Mercedes E Class”, “Nissan Sunny” və “Hyundai i30” markalı nəqliyyat vasitələri toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.