Sumqayıtda ölümlə nəticələnən qəza olub. Sumqayıt24 bu haqda 2 noyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə bu gün gecəyarı baş verib. Sülh prospektində yolu keçmək istəyən 44 yaşlı Hafiz Tanrıverdiyevi avtomobil vurub. Kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.
Fakt araşdırılır.