Sumqayıtda seçki məntəqələrində hazırlıq işləri davam edir. Bu haqda 27 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Fevralın 7-də növbədənkənar prezident seçkilərinə hazırlıq çərçivəsində 46 saylı Sumqayıt 5-ci seçki dairəsinin 8 saylı məntəqəsi lazımi avadanlıqlarla tam təmin edilib. Məntəqədə səsvermə kabinələri quraşdırılıb. Bildirişlərin yazılmasına başlanılıb.
Qeyd edək ki, ərazi üzrə 1164 nəfər seçici var.