1 və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzlərinin könüllüləri mükafatlandırılıblar. Bu haqda 30 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş könüllü qruplarının təqdimat müsabiqəsi keçirilib. Sözügedən mərkəzlərinin “K-206” və “Diplomatiya” adlı qrupları qalıblərin sırasında yer alıblar.
Könüllülərə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən kubok və təşəkkürnamələr verilib.