"Sumqayıt Aşqarlar" ASC-nin yaxınlığında açıq ərazidə yanğın baş verib. Bu haqda 1 may tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər. Alov qısa müddətdə söndürülüb. Yanğının müəssisənin ərazisinə keçməsinin qarşısı alınıb.