Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda 6 fevral tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Hadisə “Sumqayıt Bağça Şəhər” adlanan ərazidə baş verib. “Mercedes Atego” markalı yük maşını yolu keçmək istəyən 61 yaşlı Rafael Həsənovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.