Sumqayıtdan Bakı istiqamətində hərəkət edən elektrik qatarı yolda qalıb. Bu haqda 29 yanvar tarixində Sumqayıt24 Oxu.az-a istinadən xəbər verir.
Söhbət Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən qatardan gedir.
Hazırda qatarın Biləcəri yaxınlığında yolda dayandığı bildirilib. Qatarın hansı səbəbdən dayandığı sərnişinlərə elan edilməyib. Nəticədə 20 dəqiqədən çox gecikmə olub.