Sumqayıt Dəmir Yolu Vağzalında yanğın olub. Sumqayıt24 bu haqda 21 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə 20 avqust axşam saatlarında baş verib. Binanın damında quraşdırılan 1 ədəd kondisioner kompressoru, 15 kv.m sahədə divar üzlüyü və 10 p.m elektrik kabeli yanıb.
FHN-in əməkdaşları tərəfindən 10 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Bina mühafizə olunub. Alov söndürülüb.