"Azərişıq" ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin "Sumqayıt Elektrik Şəbəkəsi"ndə kadr dəyişikliyi baş tutub. Bu haqda 12 sentyabr tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Bu barədə müvafiq əmr imzalanıb. Əmrə əsasən, "Sumqayıt Elektrik Şəbəkəsi"nin rəisi Ramil Məmmədov vəzifəsindən azad olunub.
O, “Bağlar Enerji Təchizati və Satış İdarəsi”nin müdiri təyin edilib.