Sumqayıtda əhalinin sayı açıqlanıb. Sumqayıt24 bu haqda 25 yanvar tarixində xəbər verir.
Dövlət Statistika Komitəsi şəhər şöbəsi 2022-ci ilin sonunda 426 min sakin qeydə alıb. Göstəricilərə əsasən, Sumqayıt şəhərində 377.941 nəfər, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 29.641, Corat qəsəbəsində isə 18.418 nəfər yaşayır.
Əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı şəhər əhalisinin milli (etnik) tərkibi də müəyyənləşdirilib. Sumqayıtda sayına görə, azərbaycanlılardan sonra ləzgilər gəlirlər. Ardınca ruslar və talışlar qərarlaşıblar.
Həmin zaman şəhərdə 4 nəfər erməninin yaşadığı da müəyyən olunub.
Siyahını təqdim edirik: [modula id="48928"]