Sumqayıtda "Yayı kitabla keçirək” adlı sərgi təşkil edilib. Bu haqda 1 iyul tarixində Sumqayıt24 Sumqayıt Gənclər Kitabxanasına istinadən məlumat verir.
Gənclər kitabxanasında keçirilən sərgi gənclərin mütaliəyə marağını artırmaq məqsədilə təşkil edilib. Burada bədii və psixoloji kitablardan ibarət olan yerli və xarici ədəbiyyatın əks olunduğu 26 adda kitab sərgilənib. Sərgi oxucular tərəfindən maraqla qarşılanıb.