“Nə? Harada? Nə zaman?” bilik yarışı üzrə Regional final oyunu təşkil edilib. Bu haqda 25 may tarixində Sumqayıt24 Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Turnir Xızı rayonunda keçirilib. Bilik yarışında Abşeron rayonunun "A.D.A" (Abşeronun Dahi Abituriyentləri) komandası I, Sumqayıt şəhərinin "Xəzər" komandası - II, Xızı rayonunun "Qələbə" komandası isə III yeri tutub.
Qalib komandalar regional idarənin kubok, medal və fəxri fərmanları ilə təltif edilib.