"Ölkəmizi yaşıllaşdıraq" adlı müsabiqə keçirilib. Sumqayıt24 bu haqda 30 aprel tarixində xəbər verir.
Tədbir Abşeron–Xızı Regional Təhsil İdarəsi və Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunub. Burada Sumqayıt şəhər məktəbdənkənar və ümumi təhsil müəssisələri iştirak ediblər. Müsabiqəyə 2 nominasiya üzrə məktəblilərin hazırladıqları əl işləri, rəsmlər təqdim olunub.
Qaliblərin əl işləri, rəsmlər, musiqi nömrələri, rəqslər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.