Sumqayıtda muzdlu işçilərin sayı açıqlanıb. Sumqayıt24 bu haqda 16 fevral tarixində Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
Ötən ilə Azərbaycanda ümumi muzdlu işçi sayı 1 milyon 74,8 min nəfər olub. Sumqayıt statistikaya əsasən, ikinci yerdədir. Şəhərimizdə 59,5 min muzdlu işçi qeydə alınıb.
Birinci yerdə 945,1 min nəfərlə Bakı, üçüncü yerdə isə 45,4 min işçi ilə Gəncə qərarlaşıb.