Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində məzun günü keçirilib. Bu haqda 29 iyun tarixində Sumqayıt24 xəbər verir.
Şənlik Sumqayıt Olimpiya İdman Kompleksinin ərazisində təşkil olunub. Qonaq qismində müğənni Taleh Atilla dəvət olunub.
Təhsil Mərkəzinin və Sumqayıt Musiqi Kollecinin əməkdaşlığı çərçivəsində kollecin müəllim və tələbələrindən ibarət orkestr tərəfindən müxtəlif ölkələrə məxsus olan musiqi nömrələri, tələbələr tərəfindən gitarada ifalar, milli və xarici mahnılar səsləndirilib.