“Sumqayıt-Polimer” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bu haqda 23 oktyabr tarixində Sumqayıt24 Fed.az-a istinadən məlumat verir.
Toplantının 22 dekabr saat 15:00-da ASC-nin Nizamnaməsinə əsasən keçirilməsi nəzərdə tutulub. Yığıncağın gündəliyinə rəhbər dəyişikliyi daxildir. İclas Kimyaçılar küçəsi, ev 12 ünvanında baş tutacaq.