Sumqayıtda məhsullar məhv edilib. Sumqayıt24 bu haqda 5 sentyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Proses “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda həyata keçirilib. Poliqonda utilizasiyası aparılmış 62,1 ton istehlaka yararsız müxtəlif növ süd məhsulu “Sun Food” MMC-yə məhsus idi.