Sumqayıtda uşaq polisin köməyi ilə xilas edilib. Sumqayıt24 bu haqda 19 iyun tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Hadisə Koroğlu küçəsində baş verib. Ağdam rayon sakini İlham Əlizadə yol patrul xidməti avtomobilinə yaxınlaşaraq 2 yaşlı oğlu İmranın qıcolma keçirdiyini, onun təcili xəstəxanaya çatdırılmalı olduğunu bildirib.
Polis əməkdaşları uşağı avtomobilə mindirərək tez zamanda Sumqayıt Şəhər Xəstəxanasına çatdırıblar.
[video width="480" height="848" mp4="https://sumqayit24.az/storage/photos/2024/06/1718726621.mp4"][/video]