Sumqayıt Qaz İstismarı Sahəsi işçisinin təqaüd yaşına çatması ilə əlaqədar görüş keçirilib. Bu haqda 1 fevral tarixində Sumqayıt24 xəbər verir.
Qurumun rəhbərliyi və kollektivi Qaz kəmərlərinin və avadanlıqlarının istissmarı, qəza dispetçer xidmətində çilingər peşəsində çalışan Tapdıq Dadaşovla görüşüblər. Çıxış edən rəhbərlik və əməkdaşlar onun ünvanına xoş sözlər səsləndiriblər. Dadaşov əmək stajının son 33 ilini Sumqayıt QİS-də fəaliyyət göstərib.
Sonda “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə o, Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif olunub.