Sarayda "Düşüncədən ünsiyyətə" adlı icma əsaslı sosial-psixoloji reabilitasiya tədbiri təşkil olunub. Bu haqda 13 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Görüş Saray qəsəbə 3 nömrəli məktəbində keçirilib. Burada şagirdlərə Sumqayıt Reabilitasiya Mərkəzinin psixoloqları, yoqa təlimçisi, MBT üzrə təlimçilərdən ibarət komanda üzvləri təlimlər keçiblər.
Layihə Abşeron-Xızı Regional Təhsil İdarəsinin və Sumqayıt Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.