Xəzər dənizinin Sumqayıt şəhəri sahilində əməliyyat tədbiri keçirilib. Bu haqda 29 yanvar tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xidmət aparan zaman naməlum şəxs tərəfindən əraziyə atılan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd sandıqça və 47 ədəd patron aşkar ediblər.
Tapılan silah-sursat təhlükəsizlik tədbirləri görülərək ərazidən götürülüb.
Fakt araşdırılır.