Sumqayıtda motosikletlə minik avtomobili toqquşub. Sumqayıt24 bu haqda 24 iyun tarixində Den.az-a istinadən xəbər verir.
Hadisə iyunun 23-də axşam saatlarında Heydər Əliyev prospektində, “Əşya bazarı” adlanan ərazidə baş verib. Nəticədə 41 yaşlı şəhər sakini Səbuhi Həsənov ağır kəllə-beyin travması alıb. O, xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.