Sumqayıt sakininə qarşı dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda 27 iyun tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis Bölməsinə müraciət edən şəhər sakini bir nəfərin onu aldadaraq hesabına 3935 manat ödətdirdiyini bildirib. Keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən Mehdi Hüseynzadə saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.