6-cı mikrorayonda təmizlik işləri görülüb. Sumqayıt24 bu haqda 26 yanvar tarixində xəbər verir.
Sumqayıt Sukanal İdarəsinin əməkdaşları 1 ,2, 3, 4, 38, 37, 35 saylı binaların qarşısındakı 39 kanalizasiya quyusunu ağac kökləri və məişət tullantılarından təmizləyiblər. İşlərdə yüksəktəzyiqli yuma maşınından istifadə olunub.