Sumqayıt Tibb Mərkəzi (STM) yeni ildə ilk canlı yayımını keçirəcək. Sumqayıt24 bu haqda 18 yanvar tarixində xəbər verir.
Budəfəki qonaq 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) pediatr-immunoloqu Nərmin Əmirovadır. Doktor uşaqlarda immun çatışmazlığı vəziyyətindən danışacaq.
Yayım 18 yanvar saat 14:00-da STM-in Facebook səhifəsi üzərindən təşkil olunacaq. Mövzu ilə bağlı suallarınızı şərh bölməsində yaza bilərsiniz.