Sumqayıt Tibb Mərkəzi (STM) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu haqda 7 fevral tarixində Sumqayıt24 xəbər verir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar tibb müəssisələri fevralın 8-dək gücləndirilmiş iş rejimində çalışacaq.
Səhhəti ilə əlaqədar müalicə alan seçicilər üçün Sumqayıt Tibb Mərkəzində səyyar seçki məntəqələri yaradılıb və həmin məntəqələrdə səsvermə təşkil ediləcək.
Həmçinin seçicilərin səhhəti ilə əlaqədar hallar baş verdiyi təqdirdə onların müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahıların tərtib edilməsi təmin olunacaq.