Sumqayıt Tibb Mərkəzinin (STM) həkimləri mükafatlandırılıblar. Bu haqda 7 fevral tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
TƏBİB-nin icraçı direktoru Vüqar Qurbanov tərəfindən səhiyyə sahəsində uzunmüddətli və səmərəli xidmətlərinə görə 1 nömrəli Xəstəxananın Əməliyyatxana bölməsinin müdiri, tibb elmləri doktoru Rəfiəli Novruzov, Perinatal Mərkəzin həkim-neonatoloqu Afaq Piriyeva və 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-pediatrı Aybəniz Əmiraslanova Təşəkkürnamə ilə təltif ediliblər.
Mükafatları STM-in direktoru Elnur Azadxanov təqdim edib. O, həkimləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.