Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov 2 nömrəli Xəstəxananın yeni binasına baş çəkib. Bu haqda 18 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Xəstəxananın baş həkimi Adil Rzayev tibb müəssisəsinin fəaliyyəti haqqında direktora məlumat verib. Bildirilib ki, yeni xəstəxana binasında vətəndaşlara yüksək tibbi xidmətlərin göstərilməsi üçün lazımi infrastruktur qurulub və müəssisə müasir avadanlıqlarla təchiz edilib.
Elnur Azadxanov səhiyyə ocağında fəaliyyət göstərən şöbələrin vəziyyəti ilə maraqlanıb, palataların vəziyyətinə diqqət yetirib və xəstələrlə həmsöhbət olub.
Xatırladaq ki, 150 çarpayılıq xəstəxananın yeni binası 2023-cü il oktyabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.