"Sumqayıt-Toxucu-Tikiş” MMC cərimələnə bilər. Sumqayıt24 bu haqda 17 may tarixində xəbər verir.
Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Sabunçu Rayon Məhkəməsində baxılacaq. 389-cu maddədə 300-500 manat cərimə nəzərdə tutulur.
Xatırladaq ki, şirkət barəsində protokol tərtib olunmuşdu.