Çimərliklərdə gözlənilən hava açıqlanıb. Sumqayıt24 bu haqda 20 iyun tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 21-də səhər güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Sumqayıt və Novxanıda dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.