Sumqayıtda bərk məişət tullantılarının yığılması üçün yeni konteynerlər qoyulacaq. Sumqayıt24 bu haqda 10 iyun tarixində İnterfaks-Azərbaycana istinadən xəbər verir.
Sözügedən konteynerlər "XƏZƏR İNŞAAT KO” MMC-dən alınacaq. Bununla bağlı yerli İcra Hakimiyyəti və şirkət arasında 247.092 manat məbləğində müqavilə imzalanıb.