Sumqayıtda sakinlərin narazılığına səbəb olan problem aradan qaldırılıb.
Sumqayit24.az xəbər verir ki, Heydər Əliyev prospektinin 19-cu məhəllədən keçən hissəsində fəaliyyət göstərən çayxananın səkini zəbt edən masa və stulları yığışdırılıb. Bununla da piyadaların, xüsusilə ərazidə yaşayan sakinlərin rahat hərəkəti bərpa olunub.
Xatırladaq ki, daha əvvəl redaksiyamıza müraciət edən sakinlər çayxananın müştəriləri tərəfindən səkinin hər iki tərəfinin tutulduğunu və bu səbəbdən, əsasən qadınların oradan keçməkdə çətinlik çəkdiklərini bildirmişdilər.
Onların sözlərinə görə, piyadalar səki ilə hərəkət edə bilmədikləri üçün yolun hərəkət hissəsindən və ya alternativ yollardan istifadə etməli olurdular.
Məsələnin ictimailəşdirilməsindən sonra səkidəki masa və stullar ərazidən götürülüb.