Sumqayıtda taksi sürücüləri üçün təlimlər keçirilir. Bu haqda 11 yanvar tarixində Sumqayıt24 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən məlumat verir.
Sürücülərin bilik və bacarıqlarının təkmilləşdirilməsi Sumqayıt Dövlət Universitetində aparılır. Artıq 188 nəfər seminarları müvəffəqiyyətlə bitirərək şəhadətnamə əldə edib.
Layihə taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təşkil edilib.