Sumqayıtda uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Sumqayıt24 bu haqda 17 iyun tarixində Den.az-a istinadən xəbər verir.
7 yaşlı Musa Məmmədov yaşadığı binanın 2-ci mərtəbəsindən, pəncərədən yıxılıb. Uşağın yaxınları onu ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırıblar.
Hazırda M.Məmmədovun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Araşdırma aparılır.