Yenilənib: saat 13:25
İtkin düşən 71 yaşlı Biləndər Hüseynov tapılıb. O, 13-cü mikrorayondakı xəstəxanada imiş.
—————————————————————————————————————————–
Saat 09:55
Sumqayıtda ahıl kişi itkin düşüb. Bu haqda 21 oktyabr tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Hadisə 19 oktyabr saat 18:00 radələrində qeydə alınıb. Sumqayıt sakini, 71 yaşlı Biləndər Hüseynov 9-cu mikrorayon ərazisində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsi tanıyan və ya barəsində məlumatı olanlardan (055) 349-30-01 və (055) 600-85-15 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.