Sumqayıtda əmək yarmarkası baş tutacaq. Bu haqda 20 yanvar tarixində Sumqayıt24 Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir.
Abşeron-Xızı Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçiriləcək tədbirdə 23 müəssisə tərəfindən 90-dan artıq vakansiyanın təqdim olunması nəzərdə tutulub.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.