Sumqayıtda qadın və övladları itkin düşüblər. Sumqayıt24 bu haqda 18 yanvar tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə 17 yanvar H.Z. Tağıyev qəsəbəsində baş verib. Şəhər sakini, 23 yaşlı Aytac İmamrzayeva və övladları – 4 yaşlı Zəhra İmamrzalı və 1 yaşlı Zeynəb İmamrzalı yaşadıqları evdən xəstəxanaya getmək adı ilə çıxıb və itiblər.
Polisə məlumat verilib.