Sumqayıtda ana və övladları itkin düşüblər. Sumqayıt24 bu haqda 4 may tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə mayın 3-də baş verib. 33 yaşlı Şəbnəm Alıyeva övladları – 11 yaşlı Ayxan Alıyev və 12 yaşlı Ayan Alıyevanı götürərək 4-cü mikrorayonda yaşadığı evdən çıxıb gedib. Onlar bir daha geri qayıtmayıblar.
Faktla bağlı polisə məlumat verilib.