Sumqayıtda 26 yanvar – Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar maarifləndirici görüş təşkil olunub. Bu haqda 29 yanvar tarixində Sumqayıt24 Ekoloğiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumları tərəfindən keçirilən tədbirdə Sumqayıt Dövlət Texniki Kollecinin müəllim və şagird kollektivi iştirak edib.
Tədbir çərçivəsində iştirakçılar ətraf mühitin mühafizəsi, ekoloji problemlər və onların həlli yolları, tullantıların idarə edilməsi, flora və fauna növlərinin qorunması və s. məsələlər barədə məlumatlandırılıb.