Sumqayıtda kişi avtobusdan yıxılıb. Sumqayıt24 bu haqda 26 iyun tarixində xəbər verir.
Hadisə bu gün səhər Novxanı qəsəbəsi istiqamətində baş verib. Şahidlər bildirirlər ki, 585 nömrəli marşrutun sürücüsü avtobusu qapıları açıq vəziyyətdə sürüb. Salonda sıxlıq olduğuna görə sərnişinlərdən biri müvazinətini itirərək yola yıxılıb.
Kişi başından zədə alıb. İnsanlar ona yardım etməyə çalışıblar.