Sumqayıt şəhəri, Bakı küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıt24 bu haqda 10 iyul tarixində xəbər verir.
Hadisə küçənin 8-ci mikrorayona aid olan hissəsində qeydə alınıb. “Mitsubishi” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı mağazaya çarpılıb. Qəza zamanı xəsarət alanların olub-olmaması barədə hər hansı məlumat yoxdur.