Sumqayıtda 2 fevral – Gənclər Günü münasibətilə sərgi-mühazirə keçirilib. Bu haqda 3 fevral tarixində Sumqayıt24 xəbər verir.
“Azərbaycanın müasir gəncləri” adlı tədbir Sumqayıt Dövlət Rəsm Qalereyasında baş tutub. Rəsm Qalereyasının baş fond mühafizi Mətanət Balakişiyeva, 2 nömrəli tam orta məktəbin direktoru və sənətşünas Anar İbrahimov çıxış edərək bu tarixi günün, gənclərə daim diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər.
Sərgidə peşəkar rəssamların və şagirdlərin qrafika janrında işlənən əsərləri nümayiş olunub.