Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi bağlanılan ərazilərin siyahısı məlum olub. Bu haqda 9 fevral tarixində Sumqayıt24 xəbər verir.
Siyahıya əsasən, Sumqayıt 3-cü yerdə qərarlaşıb. Dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt İdarəsində 4613 müqavilə imzalanıb.
Qeyd edək ki, ilk pillədə 42.484 ipoteka müqaviləsi ilə paytaxt Bakı şəhəri yer alıb.