Sumqayıtda “Ordumuz qürur mənbəyimizdir” adlı konsert keçirilib. Sumqayıt24 bu haqda 26 iyun tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir N. Nərimanov adına Mədəniyyət Mərkəzində baş tutub. Gənc rejissor Adil Səfərovun aparıcılıq etdiyi konsertdə müğənnilər Pənah Məmmədli, Əli Əzizoğlu, Həvəs Bayramova, Fərid Abdullazadə, saz ifaçısı Anar Laçınlı rəngarəng musiqi nömrələri, Respublikanın Əməkdar artisti, Sumqayıt Dövlət Dram Teatrının aktyoru, “Tərəqqi” medallı Rauf Ağakişiyevin ifasında “Qarşınızda bir ömür sayğı duruşundayız” şeiri səsləndirilib.
Müğənniləri gənclərdən ibarət “Forte band” ansamblı müşayiət edib.