"Dərəçiçək" MTK-ya cərimə yazılıb. Sumqayıt24 bu haqda 15 may tarixində İqtisadiyyat.az-a istinadən xəbər verir.
Sumqayıtda binalar tikən şirkət yanğın təhlükəsizliyi qaydalarına riayət etməyib. Fövqəladə Hallar Nazirliyi (FHN) MTK barəsində cərimə protokolu tərtib edib.
Protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İş hakim Zaur Hacıyevin icraatına verilib.
Protokolun tərtib olunduğu maddədə deyilir ki, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir, fiziki şəxslər 20-30, vəzifəli şəxslər 100-150, hüquqi şəxslər isə 350-500 manat cərimə edilirlər.