Sumqayıtda birmərtəbəli evdə yanğın olub. Bu haqda 15 yanvar tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinafən məlumat verir.
Ümumi sahəsi 80 kv.m olan 3 otaqlı ev yanıb. Bitişik tikililər yanğından mühafizə olunub.
Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.